×
A
A
A
Sazlamalar

Zığ şosesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb

Bakı, 26 iyun, AZƏRTAC 

Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.
AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası cəlb edilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2019-06-26 15:14:00