×
A
A
A
Sazlamalar

Xətai rayonunda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı qərargah yaradılıb

Bakı, 26 iyun, AZƏRTAC
Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğının söndürülməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğının baş verdiyi əraziyə gəliblər.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərini davam etdirilir.
Yanğınla bağlı qərargah yaradılıb.

Hadisə 2019-06-26 14:51:00