×
A
A
A
Sazlamalar

FHN: Xətai rayonunda fərdi yaşayış evlərində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Bakı, 26 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Hadisə 2019-06-26 14:04:00