×
A
A
A
Sazlamalar

Saatlıda narkotik yetişdirən şəxslər tutulub

Bakı, 25 iyun, AZƏRTAC 

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirlər davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qırağlı kənd ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Səyavuş Əzizov və onun qayını Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofik Nağıyev saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı oradan xüsusi qaydada yetişdirilmiş 39 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-25 20:23:00