Budapeşt: Avropa İttifaqının fəaliyyəti son 5 il ərzində çox uğursuz olub
Budapeşt, 25 iyun, AZƏRTAC
Macarıstan Avropa Komissiyası prezidenti postuna “səriştəli siyasətçi”nin seçilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, bunu Baş Nazirin dəftərxanasının rəhbəri Gergey Qulyaş iyunun 25-də parlamentin Avropa məsələləri üzrə komitəsində bəyan edib. “Aİ-nin son 5 il ərzində fəaliyyəti çox uğursuz olub”, - deyə Qulyaş dinləmələrdə gileylənib. O, liderlik keyfiyyətlərinə, xüsusən də Aİ-nin miqrasiya və Brexit məsələlərinin həllinə dair narahatlığını ifadə edib. Qulyaş deyib: “Avropa Komissiyasını dəyişdirmək lazımdır. Bu, siyasi komitə deyil, Aİ razılaşmalarının icrasını izləyən orqan olmalıdır”. Aİ təsisatları hər bir üzv dövlətlə “onlardan hər hansı birinə əvvəldən hücum etmədən”, “düzgün və balanslaşdırılmış” münasibəti dəstəkləyə bilən liderlərə malik olmalıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır