Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də ölkəmizə səfəri çərçivəsində Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru, professor Amerxan Raximjanovun rəhbərliyi ilə nümayəndə heyəti Prezident Kitabxanasında olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, oxu zalları, fondlar ilə yaxından tanış olan qonaqlar daha sonra konfrans zalında oxuculara xidmət işi, kitabxana proseslərinin avtomatlaşdırılması, kitabların elektron versiyalarının hazırlanması, sənədin elektron çatdırılması və kitabxana işinə dair digər sahələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. Hər iki kitabxananın mütəxəssisləri dövlət başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə və digər aktual mövzulara dair elektron nəşrlərin hazırlanması, onlardan oxucuların rahat istifadəsinin təşkili üzrə öz təcrübələrini bölüşüblər.
Görüşdə, həmçinin davamlı əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

Mədəniyyət 2019-06-25 18:25:00