Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

FAO Konfransında yoluxucu olmayan xəstəlik riskləri müzakirə ediləcək

Bakı, 25 iyun, AZƏRTAC
Qeyri-qənaətbəxş qidalanmağın müxtəlif formaları – doyunca yeməmə; artıq çəki və piylənmə; mikronutriyent qıtlığı Avropanın və Mərkəzi Asiyanın bütün ölkələrində müxtəlif dərəcədə müşahidə olunur. Çox vaxt bu formaların üçünə də eyni vaxtda təsadüf olunur, bir növ qeyri-qənaətbəxş qidalanmağın üçqat ağırlığı deyilən vəziyyət yaranır.
Hazırda bir çox ölkələr təkcə doyunca yeməməyə və mikronutriyent qıtlığına qarşı deyil, həm də qidalanmada ifrata varmanın və qida rasionunda yağ, şirin, ət, süd və emal olunmuş məhsulların sayının artmasının əmələ gətirdiyi qeyri-yoluxucu xəstəliklərin miqyasının artmasına qarşı da mübarizə aparırlar, çünki qidalanmada ifrata varma çox vaxt daha oturaq həyat tərzinə keçidlə müşayiət olunur, bəsləyici qidanın bahalı olması isə vəziyyəti daha da ağırlaşdırır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, regionda artıq çəkidən və piylənmədən əziyyət çəkən insanların sayının artması, xüsusən, yoluxucu olmayan risklər və onlarla bağlı sosial və iqtisadi nəticələr barəsində ciddi narahatlığa əsas yaradır.
Bu məsələlər Avropa və Mərkəzi Asiya ölkələri üçün paralel “Sıfır aclıq” tədbiri zamanı nəzərdən keçiriləcək. Tədbir FAO-nun ali rəhbər orqanı olan FAO Konfransının Romada keçirilən 41-ci sessiyası çərçivəsində təşkil ediləcək.

 

Sosial 2019-06-25 18:23:00