×
A
A
A
Sazlamalar

ADNSU İranın Şərif Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İranın Şərif Texnologiya Universitetinin nümayəndələri ilə görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. ADNSU-da tədris prosesi, fakültələr, tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından danışan prorektor startap layihələrinin və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətinə toxunub.
Şərif Texnologiya Universitetinin nümayəndəsi, professor Vahid Tağıxani ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, təmsil etdiyi ali məktəbin tarixindən, təhsil müəssisəsindəki ixtisaslardan, eyni zamanda, əməkdaşlıq istiqamətlərindən danışıb.
Sonra iki universitet arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Elm və təhsil 2019-06-25 18:14:00