×
A
A
A
Sazlamalar

Milli Kitabxanada təşkil edilən növbəti sərgi Silahlı Qüvvələr Gününə həsr olunub

Bakı, 25 iyun, AZƏRTAC

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “26 iyun – Silahlı Qüvvələr Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycanın ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xatırladaq ki, tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

 

Mədəniyyət 2019-06-25 18:10:00