Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dubayı və Əbu-Dabini 6 milyon xarici turist ziyarət edib

Dubay, 25 iyun, AZƏRTAC
Bu ilin birinci rübündə Əbu-Dabi və Dubay əmirliklərini 6,04 milyon xarici turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankının hesabatında deyilir.
Məlumatda qeyd olunur ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə turist axını 1,8 faiz artıb.
Bu müddət ərzində Dubay 4,75 milyon turist, Əbu-Dabi isə 1,28 milyon turist qəbul edib. Xarici qonaqların yarısından çoxu (52 faiz) otellərdə qalmağa üstünlük verib.
Ən çox turist axını Оman, Fransa, Çin və Almaniyadan qeydə alınıb. Bununla yanaşı Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Küveyt və Pakistandan gələn turistlərin sayı azalıb.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Dünya 2019-06-25 17:56:00