Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı? VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı?” mövzusunda sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sessiyada Elektron Hökumətin İnkişafı Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov, “Ledgerstate” kompaniyasının yaradıcısı Jandricek Damir, Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətinin üzvü Sunil Thavani, “Third Millennium Governance” təşkilatının rəhbəri Jeremi Millard, Tailandın Dövlət Sektorunun İnkişafı Komissiyasının baş katibinin müavini Areepan Çaroensuk və başqaları çıxış edərək innovativ texnologiyaların imkanlarından, innovativ sistemlərin tətbiq olunmasının üstünlüklərindən danışıblar.
Sessiya müzakirələrlə və sual-cavabla davam edib.

Siyasət 2019-06-25 17:53:00

Video