Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ADNSU-da “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya” və “Ömrümün illəri və izləri” kitablarının təqdimatı olub

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətindən, elmi yaradıcılığından, neft sahəsində əldə etdiyi yeniliklərdən bəhs edən “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya” və alimin “Ömrümün illəri və izləri” kitablarının təqdimatı keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində akademik Pərviz Məmmədov, dosentlər Nemət Paşayev, Rasim İsmayılov, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova akademik Xoşbəxt Yusifzadənin həyat və yaradıcılığından, elmə, neft sənayesinə verdiyi töhfələrdən danışıblar.
Çıxış edənlər, həmçinin təqdim olunan kitabların məziyyətləri barədə fikirlərini bildiriblər.

 

Elm və təhsil 2019-06-25 17:46:00