×
A
A
A
Sazlamalar

Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər

Bakı, 25 iyun, AZƏRTAC 

Azərbaycanda qadınlara tarixən xüsusi hörmət, ehtiram olub və bu, indi də davam edir. Azərbaycan dövləti qadın hüquqlarının qorunması sahəsində fəaliyyətini davam etdirir və bu işdə böyük nailiyyətlər qazanılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Alia El Yassir ilə görüşdə deyib.
Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər.
Alia El Yassir Bakıda BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan Hökumətinə minnətdarlığını bildirib. Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən qonaq BMT ilə Azərbaycan Hökuməti arasında əlaqələrin inkişaf etməsinin nəticəsi olaraq bu kimi səfərlərin mütəmadi hal alacağına əmin olduğunu deyib.

Siyasət 2019-06-25 17:29:00