×
A
A
A
Sazlamalar

Kitabxanada “Şanlı Azərbaycan Ordusu” adlı dəyirmi masa təşkil edilib

Bakı, 25 iyun, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə “Şanlı Azərbaycan Ordusu” adlı dəyirmi masa keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə vətən uğrunda həlak olan əsgər, zabit və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri kitabxananın şöbə müdiri Qənirə Mustafayeva açaraq bu günün qeyd olunmasının vacibliyi və əhəmiyyətindən danışıb, ölkədə aparılan genişmiqyaslı ordu quruculuğu haqqında məlumat verib.
Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. İndi hər kəs əmindir ki, Azərbaycanın hər an düşmənə layiqli cavab verməyə qadir olan güclü, qüdrətli və modern ordusu var.
Tədbirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş edilib.
Sonda tədbir iştirakçıları “Qüdrətli Azərbaycan Ordusu” adlı kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət 2019-06-25 17:00:00