×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzində seminar keçirilib

Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) "EBSCOhost platformasında interaktiv axtarış" mövzusunda seminar keçirilib.
RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının innovativ layihələr şöbəsinin əməkdaşı Cəmilə Yusifova mövzu ətrafında məruzə edib.
O, beynəlxalq axtarış sistemlərində elmi məqalələrin axtarışı, sahə üzrə beynəlxalq standart kodu olan elmi nəşrlərin axtarışı və istifadəsi ilə bağlı mərkəz əməkdaşlarına ətraflı məlumat verib. Seminarda iştirakçıları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb.

Ekologiya 2019-06-25 16:49:00