×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunun magistrantları imtahanlardan yüksək qiymət alıblar

Bakı, 25 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 1 ay davam edən sessiya müddətində magistrantların 7 fəndən yekun biliyi qiymətləndirilib.
Fəlsəfə, psixologiya və pedaqogika fənləri mərkəzləşdirilmiş formada AMEA-nın İnformasiya Texnologiyalar İnstitutunda yazılı imtahan formasında olub. Digər fənlər üzrə imtahanlar AKİ-də keçirilib.
Magistrantlar bütün fənlər üzrə imtahanlardan yüksək qiymət alaraq sessiyanı müvəffəqiyyətlə başa vurublar.

 

Elm və təhsil 2019-06-25 16:34:00