×
A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında Nəsimiyə həsr olunmuş konsert və sərgi təşkil olunacaq

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında Şəki şəhərində təşkil ediləcək “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin gün, həmçinin Bəstəkarlar İttifaqında “Nəsimiyə ithaf” layihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və rəsm əsərlərinin sərgisi də təşkil ediləcək.

Mədəniyyət 2019-06-25 16:19:00