×
A
A
A
Sazlamalar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib

Şəki, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki, sədrin müavinləri Səyavuş Heydərov Qəbələ, Gündüz İsmayılov isə Oğuz rayonunda vətəndaşları qəbul ediblər.
Qəbuldan öncə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin şəhərdə ucalan abidəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbullarda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-06-25 15:56:00