×
A
A
A
Sazlamalar

Avropanın 50 ən yaxşı veqan restoranı: Budapeşt ikinci yerdədir

Budapeşt, 25 iyun, AZƏRTAC

Vegetarianlıq (yaxud veqanlıq) daha sürətlə yayılan həyat tərzlərindən biridir. Lakin “veqan” yeməyinin dadsız ola bilməsi barədə fikirlər hələ də mövcuddur. Ancaq bir çoxları hesab edirlər ki, bu, sadəcə yalandır. Onlar əmindirlər ki, bitki məhsulları sağlamlıq üçün faydalı olan çox gözəl və dadlı yeməkdir.
AZƏRTAC xəbər verir ki, “Big 7 Travel” turist resursunun könüllüləri bitki əsasında yeməklər təqdim edən restoranları axtarmaq məqsədilə bütün Avropanı gəzib-dolaşıblar. Ən kiçik veqan qəlyanaltıxanasından tutmuş etik nəfis yeməklərədək və balıqsız suşi – bu, onların müsabiqənin nominasiyası üçün müəyyən etdikləri yaxşı nümunələrin ən yaxşılarıdır. 2019-cu ilin finalına öz məhsullarının nümunəsində veqan yeməklərinin nə dərəcədə kreativ ola biləcəyini göstərən Avropanın 50 ən yaxşı veqan restoranı çıxıb. Münsiflər heyəti veqanlığa keçib-keçməməyinizdən asılı olmayaraq, bu restoranlara hökmən getməyinizi məsləhət görürlər.
Maraqlıdır ki, 50 ən yaxşı veqan restoranı arasında ikinci yeri macar restoranlarından biri tutub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Cəmiyyət 2019-06-25 15:56:00