24 tədqiqat peyki daşıyan Falcon Heavy kosmosa buraxılıb
Bakı, 25 iyun, AZƏRTAC
ABŞ-ın Florida ştatında Kanaveral burnundakı kosmodromdan 24 tədqiqat peyki daşıyan Falcon Heavy raketdaşıyıcısı kosmosa buraxılıb. AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, raketdaşıyıcının fəzaya buraxılması canlı yayımda təqdim olunub.
Falcon Heavy raketdaşıyıcısı Pentaqon üçün STP-2 adlı missiyanı həyata keçirəcək. Peyklər isə ABŞ Silahlı Qüvvələri ilə yanaşı, NASA, özəl şirkətlər, xarici sifarişçilər və universitetlərə məxsusdur. Raketdaşıyıcı bu aparatları üç ayrı-ayrı orbitlərə çatdıracaq və onun bütün missiyası cəmi 6 saat davam edəcək.
Bu mürəkkəb missiya dəfələrlə təxirə salınıb. 2016-cı ildən başlayaraq raketdaşıyıcının kosmosa buraxılması açıqlanmayan səbəblər ucbatından ertələnib.
NASA-nın məlumatına görə, start zamanı raketdaşıyıcının birinci pilləsi üzən platformaya eniş etdiyi vaxt Atlantik okeanına düşüb. Qalan iki yan sürətləndirici pillə isə platformaya uğurla endirilib. Falcon Heavy indiyədək buraxılan raketdaşıyıcılarından ən güclüsüdür. Ən maraqlısı isə bu raketin göyərtəsində atom saatlarının və 152 insanın, o cümlədən astronavt Uilyam Pouq və yazıçı Frenk Sitsenin kremasiyadan sonra küllərinin olmasıdır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib