×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentinə yeni sədr seçilib

Tbilisi, 25 iyun, AZƏRTAC

İyunun 25-də Gürcüstan parlamentinin sədri vəzifəsinə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentdəki çoxluğun rəhbəri Arçil Talakvadze gizli səsvermə ilə sədr seçilib.
Müxalifət partiyalarının deputatları səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, parlamentin sabiq sədri İrakli Kobaxidze iyunun 21-də Tbilisidə keçirilən etiraz aksiyalarının fonunda vəzifəsindən istefa verib.
Parlament bu gün onun da istefa ərizəsini qəbul edib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-25 15:43:00