×
A
A
A
Sazlamalar

DİN-in əməkdaşı yeddinci dəfə pauerliftinq üzrə Avropa çempionu olub

Bakı, 25 iyun, AZƏRTAC 

Rusiyanın Soçi şəhərində pauerliftinq üzrə Avropa çempionatı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübəli idmançılarla təmsil olunan milli komandamız bu yarışda yüksək nəticələr əldə edib. Milli komandanın tərkibində çıxış edən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov 90 kiloqram çəki dərəcəsində benç-press hərəkətində 215 kiloqram çəkinin öhdəsindən gələrək çempion adını qazanıb. O, təchizatla qaldırmada isə 257 kiloqramı ram edərək gümüş medala layiq görülüb. İdmançımıza Rusiya Federasiyasının idman sahəsində yüksək mükafatı da təqdim olunub.
Altıqat dünya və yeddiqat Avropa çempionu olan K.Qafarov bir sıra beynəlxalq turnirlərin də qalibidir.

İdman 2019-06-25 15:32:00