Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçılarımız futbol turnirində mübarizə aparacaqlar

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 26-da Litvanın Kaunas şəhərində Litva kuboku uğrunda beynəlxalq futbol turniri start götürəcək.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda Azərbaycanı oğlanlardan ibarət yunifayd futbol komandası təmsil edəcək. Birləşmiş komandanın heyətində əqli məhdudiyyətli idmançılarla yanaşı, sağlam idmançılar da mübarizə aparacaqlar.
Turnirə iyunun 28-də yekun vurulacaq.

İdman 2019-06-25 15:23:00