Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Monteneqro Azərbaycan sahibkarlarını nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa dəvət edir

Bakı, 25 iyun, AZƏRTAC

Monteneqro Azərbaycan sahibkarlarını nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Monteneqronun Baş Naziri Duşko Markoviç deyib.
“Biz hazırda Monteneqronun şimal rayonlarının inkişafında maraqlıyıq. Bununla əlaqədar kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıq maraq kəsb edə bilər. Biz Azərbaycan investorlarını bu sahələrə vəsait yatırmağa dəvət edirik”, - deyə D.Markoviç qeyd edib.

İqtisadiyyat 2019-06-25 14:53:00