Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağacan Abıyev: İkinci Avropa Oyunlarında gərgin mübarizə gedir

Minsk, 25 iyun, AZƏRTAC
Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən idmançılarımızın gücünə bələdik və onların layiq olduğu yeri tutacağına inanırıq.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyev söyləyib.
“50 ölkədən 4 minədək idmançının qatıldığı yarışda gərgin mübarizə gedir. Çalışacağıq ki, həmişə olduğu kimi Azərbaycanın idman şərəfini layiqincə qoruyaq. İnanıram ki, hələlik aktivində qızıl medal olmayan yığmamız bunu da bacaracaq”, - deyə A.Abıyev əlavə edib.
A.Abıyev bildirib ki, Avropa Oyunlarında iştirak edən boksçuların bir qızıl, bir gümüş və iki bürünc medal qazanacağına ümid bəsləyirik.
Xatırladaq ki, indiyədək Azərbaycan idmançıları 11 medal (4 gümüş və 7 bürünc) qazanıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

İdman 2019-06-25 14:35:00