×
A
A
A
Sazlamalar

İran-Türkiyə sərnişin qatarı fəaliyyətə başlayıb

İstanbul, 25 iyun, AZƏRTAC
Tehran-Təbriz-Van sərnişin qatarı iyunun 25-də İran vaxtı ilə saat 9.30-da (Bakı vaxtı ilə 8.00) bu ölkənin paytaxtından Təbrizə doğru yola çıxıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu gün axşam saatları Təbrizə çatacağı gözlənilən qatar yerli vaxtla 23.30-da oradan yola çıxacaq və iyunun 26-da Ankara vaxtı ilə 6.00-da (Bakı vaxtı ilə 7.00) Türkiyənin Van şəhərinə çatacaq.
Həmin qatar iyunun 26-da axşam saatlarında Van-Təbriz-Tehrana istiqamətində yola düşəcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-25 13:57:00