Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb

Bakı, 25 iyun, AZƏRTAC

FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, o, iyunun 26-da “Burghausen” stadionunda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolni Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastian Kolteskuya kömək edəcək. Digər köməkçi hakim Senad İbrisimbeqoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaqlar.

 

İdman 2019-06-25 13:55:00