Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Olimpiya Komitəsi idmanın inkişafına hər il 1,5 milyard dollar xərcləyir

Bakı, 25 iyun, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bütün dünyada idmanın inkişafına hər il 1,5 milyard dollar vəsait ayırır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın 134-cü sessiyasında deyib. “Maliyyə sabitliyi bizə hər il 1,5 milyard dollar investisiya qoyaraq bütün dünyada idmana dəstək vermək üçün imkan yaradır. Bu vəsait artmaqda davam edəcək”, - deyə o bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri təşkilatın idmançılara, milli olimpiya komitələrinə, beynəlxalq federasiyalara və təşkilat komitələrinə vəsait göndərdiyini də qeyd edərək deyib: “Çox güman ki, Pyer de Kuberten (müasir Olimpiya Oyunlarının banisi) olimpiya hərəkatının sabitliyindən təsirlənərdi”.
Təşkilatın maliyyə hesabatına əsasən, 2018-ci ildə BOK-un gəlirləri 2,2 milyard dollar təşkil edib. Bu il iyunun 24-də isə Beynəlxalq Olimpiya Komitəsi alkoqolsuz qazlı içkilər istehsalçısı “Coca-Cola” və süd məhsullarının istehsalı ilə məşğul olan “China Mengniu Dairy” kompaniyaları ilə 2032-ci ilə qədər ümumi həcmi 3 milyard dollara çatan müqavilə imzalayıb.

İdman 2019-06-25 13:40:00