×
A
A
A
Sazlamalar

Yeniyetmə stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edirlər

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq turnirdə qızlardan ibarət komandamızın üzvlərindən Arzu Aslanova, Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova, Mehriban Dadaşova iştirak edirlər. Oğlanların yarışında isə Adil Əhmədzadə, Hüseyn Eylazov, Emin Məmmədov, Kənan Pənahov mübarizə aparırlar.
Turnir iyunun 27-dək davam edəcək.

İdman 2019-06-25 12:51:00