×
A
A
A
Sazlamalar

Macarıstan Aİ çərçivəsində müstəqil xarici siyasət aparmaq istəyir

Budapeşt, 25 iyun, AZƏRTAC

Macarıstan Avropa İttifaqı Şurasını “miqrasiyanı idarə etmək deyil, məhz dayandırmaq lazımdır” mövqeyi ilə razılaşmasına nail olmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç bu gün Londona səfəri zamanı bəyan edib. “Macarıstan Avropa İttifaqına üzv dövlətlərin suverenliyinə hörmətlə yanaşır və ikili standartlara yol vermir. Avropa İttifaqının mənəviyyatının bünövrəsini təşkil edən xristian mədəniyyətinin əsas ideyalarına riayət Macarıstanın miqrasiyaya münasibətdə strategiyasının icrasında əsas vasitədir”, - deyə Kovaç ölkəsinin mövqeyini açıqlayıb. Onun sözlərinə görə, həmçinin Aİ-yə üzv hər bir ölkənin özünün xarici siyasət konsepsiyasını yaratmaq hüququnu tanımaq lazımdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-06-25 12:53:00