×
A
A
A
Sazlamalar

Beyləqanda narkotik tərkibli bitkilər yetişdirən keçmiş məhkum saxlanılıb

Bakı, 25 iyun, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və saxlanması ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 121 kiloqram 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb. Araşdırmalarla narkotik tərkibli bitkiləri yetişdirən şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Asim Qarayev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman 2 kiloqram 900 qram qurudulmuş marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-06-25 12:42:00