×
A
A
A
Sazlamalar

Hacıqabulda indiyədək 18,7 min hektar sahə biçilib

Hacıqabul, 25 iyun, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda taxıl yığımı surətlə aparılır. Hazırda zəmilərdə 54 kombayn işləyir. Gün ərzində 250-300 hektar sahənin taxılı toplanılır. Qısa müddətdə 18 min 756 hektar taxıl sahəsindən 50 min 791 ton məhsul yığılıb. Biçin aparılmış arpa sahələrinin məhsuldarlığı orta hesabla 28,9 setner olur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 36 min 933 hektar sahədə taxıl əkilib, bunun da 11 min 8 hektarını arpa, 25 min 925 hektarını isə buğda sahəsi təşkil edir. Məhsulun qısa müddətdə toplanması üçün rayonda biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 54 kombayn, 170-dək maşın mexanizm baxışdan keçirilərək mülkiyyətçilərin istifadəçilərinə verilib.
Biçinə vaxtında başlayan əkinçilər indiyədək 8 min 789 hektar buğda sahəsindən 20 min 924 ton, 9 min 967 hektar arpa zəmisindən isə 29 min 867 ton məhsul götürüblər. Arpa sahəsinin hər hektarından orta hesabla 29,9, buğda zəmisindən isə 23,8 sentner məhsul götürülür.
Məhsul istehsalçıları becərdikləri zəmilərdə məhsulun yığımını qısa müddətdə başa çatdırmaq üçün yaradılan şəraitdən səmərəli istifadə edirlər.

Kənd təsərrüfatı 2019-06-25 12:40:00