×
A
A
A
Sazlamalar

Kanada hökuməti 40 milyard dollarlıq “LNG Canada” layihəsini təsdiqləyib

Bakı, 25 iyun, AZƏRTAC

Kanada hökuməti 40 milyard dollar layihə dəyəri ilə ölkə tarixində “ən böyük özəl investisiya yatırımı” adlandırılan mayeləşdirlmiş təbii qaz layihəsi – “LNG Canada”nı təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihəyə Kanada hökumət də 275 milyon dollar sərmayə qoyacaq.
Ölkənin ən böyük özəl investisiya yatırımı olan layihə 10 mindən çox insanı işlə təmin edəcək. Layihə çərçivəsində istehsal ediləcək LNG-nin Asiya bazarına intensiv ixracı nəzərə tutulur.
Əsas səhmdarı Malayziyanın “Petronas” şirkəti olan layihədə “Shell”, “PetroChina”, “Mitsubishi” və “KOGAS” şirkətləri iştirak edir. Layihə tərəfdaşlar adından “LNG Canada” şirkəti tərəfindən idarə olunur.
Layihə üzrə ildə 26 milyon ton LNG istehsal ediləcək. Layihənin qarşıdakı 40 il ərzində Kanada iqtisadiyyatına 22 milyard dollarlıq birbaşa gəlir gətirəcəyi, bu rəqəmin dolayı yolla daha da artacağı gözlənilir.
“LNG Canada”nın həyata keçirildiyi bölgədə 93 trilyon kubmetr təbii qaz ehtiyatı var və tikinti işlərinin 2025-ci ilədək tamamlanması nəzərdə tutulur.

 

Dünya 2019-06-25 12:27:00