Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Donald Tramp Seula səfəri zamanı Kim Çen Inla görüşməyi planlaşdırmır

Bakı, 25 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Osaka şəhərində keçiriləcək G20 sammitindən sonra Koreya Respublikasına səfəri zamanı KXDR lideri Kim Çen Inla görüşməyi planlaşdırmır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün keçirilən telefon brifinqində deyib.
“Belə görüş planlaşdırılmayıb. Donald Tramp Seula Koreya Respublikasının lideri Mun Ce İnlə görüşmək üçün gedir. Əlbəttə onlar Şimali Koreyadan, həmçinin ABŞ - Cənubi Koreya ittifaqından danışacaqlar”, - deyə o, Seulda ABŞ prezidenti ilə KXDR liderinin görüşmək imkanları barədə sualı cavablandırarkən bildirib.
ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək. Səfər zamanı prezidentlər Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yollarını müzakirə edəcəklər.
G20 ölkələrinin sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Dünya 2019-06-25 12:13:00