Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Salyanda arpa zəmilərinin hər hektarından 34 sentnerdən çox məhsul götürülüb

Salyan, 25 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanda taxıl yığımı surətlə davam edir. Biçinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 15 min 512 hektar taxıl sahəsindən 56 min 104 ton məhsul götürüblər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında Salyanda 16 min 754 hektar taxıl əkilib. Bunun da 9 min 937 hektarını arpa, 6 min 847 hektarını isə buğda sahəsi təşkil edir.
Arpa biçini qısa müddətdə başa çatdırılıb. Biçin aparılmış arpa sahəsinin hər hektarından 34,2 sentner məhsul götürülməklə 33 min 916 ton məhsul əldə edilib. Hazırda buğda sahəsinin məhsulu yığılır. Gün ərzində 300-350 hektar sahədə biçin aparılır. İndiyədək 6 min 847 hektar buğda zəmisinin 5 min 575 hektarı biçilib. Hər hektardan orta hesabla 39,8 sentner məhsul götürülür.
Rayonda biçin kampaniyası yaxın günlərdə başa çatacaq.

Kənd təsərrüfatı 2019-06-25 12:03:00