Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərişıq”da yeni departament yaradılıb

Bakı, 25 iyun, AZƏRTAC
“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilərək onun əvəzinə “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamenti yaradılıb.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək: “Yeni yaradılan struktur daha funksional olacaq. Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə də işləyəcək”.

Energetika 2019-06-25 11:30:00