AŞPA Rusiyanın təşkilata qayıtmasına səs verib
Bakı, 25 iyun, AZƏRTAC
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib.
AZƏRTAC AŞPA-nın rəsmi saytına istinadla xəbər verir ki, Rusiya nümayəndə heyətinin qayıtmasına Assambleyanın işində iştirak edən 190 deputatdan 118-i səs verib. Daha 62 nəfər qətnamənin əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Eyni zamanda, nümayəndə heyətinin səlahiyyətləri üzrə məsələ açıq qalır.
AŞPA-nın məlumatında bildirilir ki, Rusiya nümayəndə heyəti ilə bağlı qətnamənin və Ukrayna, Gürcüstan və Böyük Britaniya parlamentarilərinin bu sənədlə əlaqədar təkliflərinə baxılması doqquz saat davam edib. Rusiya parlamentariləri artıq iyunun 25-dən Assambleyanın iclaslarında iştirak edəcək. Rusiya mətbuatının məlumatına görə, nümayəndə heyəti onun hüquqlarının məhdudlaşdırılması halında AŞPA-nı tərk etmək hüququnu qoruyub saxlayır.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır