×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirlikləri və Belarus arasında viza rejimi sadələşdirilir

Dubay, 25 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri və Belarus arasında viza rejimi sadələşdirilir.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizasız gediş-gəlişi barədə protokol imzalanıb.
Protokol iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunandan 30 gün sonra qüvvəyə minəcək.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Dünya 2019-06-25 10:39:00