×
A
A
A
Sazlamalar

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

Bakı, 25 iyun, AZƏRTAC 

Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-1” üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində blokun 2-ci və 3-cü mərtəbələrinin yanar hissələri 250 kvadratmetr sahədə yanıb. Qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2019-06-25 10:31:00