×
A
A
A
Sazlamalar

Lampeduza adasında 100 miqrant qayıqdan endirilib

Roma, 25 iyun, AZƏRTAC
Lampeduza adasında təxminən 100 miqrant 3 mərhələ ilə qayıqdan endirilib.
AZƏRTAC İtaliyanın “Lagazzettadelmezzogiorno.it” saytına istinadla xəbər verir ki, ilk mərhələdə miqrantları tərk edərək Şimali Afrika sahilinə qayıtmağa çalışan balıqçı qayığının adaya gətirdiyi 81 nəfər saxlanılıb.
Maliyyə Qvardiyasının vergi polisinə məxsus olan motorlu qayıq “Ana gəmi” nin yolunu kəsərək saxlayıb. Yerli mənbələrin sözlərinə görə, bundan dərhal sonra daha iki “kiçik eniş” həyata keçirilib.
Birinci eniş zamanı qayıqdan 12, ikinci eniş zamanı isə 7 miqrant düşürdülüb. Onların da saxlanılan balıqçı qayığı ilə gəlib-gəlmədikləri hələlik məlum deyil.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-06-25 08:25:00