×
A
A
A
Sazlamalar

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yeni filialı açılıb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yeni filialı açılıb.
AZƏRTAC xəbər verir ki, rəsmi açılışda federasiya rəsmiləri və idmançı heyəti iştirak edib.
Açılış mərasimində federasiyanın prezidenti Asif Sayadov və vitse-prezidentlər çıxış edərək federasiyanın uğurlarından, gələcək planlarından və məqsədlərdən söz açaraq, qarşıda bir neçə yeni filialların da açılacağını vurğulayıblar.
Sonda yeni filialın baş məşqçisi Ayaz Qurbanova federasiya rəhbərliyi tərəfindən məşqçilik vəsiqəsi və lisenziya təqdim olunub.

İdman 2019-06-25 04:55:00