Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı, 24 iyun, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional direktorunun müavini Nabil Qanqi ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri, gələcək planlar müzakirə olunub, fikir mübadiləsi aparılıb.

 

Ekologiya 2019-06-24 23:40:00