“Minsk 2019”: Boksçumuz Lorenso Sotomayor dörddəbir finala yüksəlib
Minsk, 24 iyun, AZƏRTAC
İyunun 24-də - “Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.
Məsud Yusifzadə (52 kq) səkkizdəbir finalda ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub