×
A
A
A
Sazlamalar

Xorvatiya əcnəbilərin işə qəbul kvotasını artırıb

Zaqreb, 24 iyun, AZƏRTAC

Xorvatiya hökuməti turizm sahəsində çalışan əcnəbi işçilərin kvotasının 2 min nəfərə, inşaat sahəsində çalışanların isə min nəfərədək artırılması barədə qanun qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Hökumət bu qərarı sahibkarların xahişi əsasında qəbul edib. Belə ki, işçi qüvvəsinin çatışmaması ölkə turizminə mənfi təsir göstərə bilər. Xorvatiyanın ÜDM-nin 20 faizini turizm sektoru təşkil edir.
Bu arada yerli müxalifət yeni işçilərin qəbulunu dayandırmaqla yanaşı, ölkədən minlərlə gəncin getməsinin qarşısını almaq kimi tələblər irəli sürür.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Dünya 2019-06-24 21:22:00