Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə böyüklər arasında Super Liqa turnirinin qalibi müəyyənləşib

Bakı, 24 iyun, AZƏRTAC

Çimərlik futbolu üzrə böyüklər arasında Super Liqa turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi, Azərbaycan Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb. Final oyununda “Marafon Sabirabad”ı 3:0 hesabı ilə məğlub edən “Zirə” turnirin qalibi olub. Üçüncü yeri isə “Şuşa Qarabağ” üzərində 4:2 hesabı ilə qələbə qazanan “Neftçi” tutub.
Elçin Qasımov (“Zirə”) turnirdə ən yaxşı qapıçı, Orxan Məmmədov (“Marafon Sabirabad”) ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev (“Zirə”) isə turnirin bombardiri olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi məşqçi Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və “CBC Sport” televiziya kanalının baş direktoru Volkan Üst iştirak ediblər.

 

İdman 2019-06-24 20:57:00