×
A
A
A
Sazlamalar

Aİ Bolqarıstanda qazpaylayıcı mərkəzin inşasını dəstəkləyib

Sofiya, 24 iyun, AZƏRTAC

Bolqarıstanın Baş Naziri Boyko Borisov və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Varna şəhəri yaxınlığında "Balkan" qaz anbarı və paylayıcısının inşasına öz dəstəklərini ifadə ediblər.
AZƏRTAC xəbər verir ki, onlar keçirdikləri birgə mətbuat konfransında bu barədə məlumat veriblər.
Jan-Klod Yunker qeyd edib ki, qazın həm Bolqarıstanda, həm də Avropada kifayət qədər olması vacibdir. Bolqarıstanın qaz bazarını bu istiqamətdə açması təqdirəlayiq haldır.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-06-24 21:05:00