×
A
A
A
Sazlamalar

Litvada səkkiz Britaniya hərbçisi həbs olunub

Vilnüs, 24 iyun, AZƏRTAC

Böyük Britaniyadan olan səkkiz hərbçi Litvanın dəniz kurortlarının birində sərxoş halda xuliqanlıq etdiklərinə görə həbs olunub.
AZƏRTAC xəbər verir ki, həbs olunanların yaşı 20-dən çox deyil. Onların hansı polka aid olduqları barədə məlumat verilmir. Hazırda yerli polis hadisəni araşdırır. Litvanın Müdafiə Nazirliyi də məsələni ciddi nəzarətdə saxlayır.
Böyük Britaniya tərəfi hadisədən ciddi narahatlığını ifadə edib. Araşdırma davam etdiyi üçün təfərrüatlar açıqlanmır.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Dünya 2019-06-24 20:03:00