Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq
Bakı, 24 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və "HAVİSSOS" şirkətinin dəstəyi ilə reallaşacaq tədbirdə rəssamın bir neçə əsəri sərgilənəcək, onun həyat və yaradıcılığını əks etdirən film təqdim ediləcək.
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb