×
A
A
A
Sazlamalar

“Qatargas” Türkiyəyə ilk dəfə LNG göndərib

Bakı, 24 iyun, AZƏRTAC

“Qatargas” Türkiyəyə böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) göndərib.
AZƏRTAC “Qatargas”a istinadla xəbər verir ki, şirkət dünyanın ən böyük LNG gəmilərindən biri olan “Q-Flex” tipli tankerlə 207 min kubmetrlik LNG-nin nəqlini reallaşdırıb.
Mayın 30-da 210 min kubmetr tutuma malik “Q-Flex” tipli “Əl-Sheehaniya” adlı tanker Ras Laffan limanından yola düşüb.
Qeyd edək ki, “Qatargas”ın 14 LNG tankeri və illik 77 milyon ton LNG istehsalı tutumu var.

Dünya 2019-06-24 19:25:00