×
A
A
A
Sazlamalar

Ötən həftə 26 rayonda 631 fermer təlimlərə cəlb olunub

Bakı, 24 iyun, AZƏRTAC 

Bu ilin yanvar-iyun aylarında Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 1011 təlim keçirilib. Təlimlərdə 18 min 731 fermer və məhsul istehsalçısı iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən həftə ərzində isə respublikanın 26 müxtəlif rayonunda 46 təlim keçirilib. Təlimlərə ümumilikdə 631 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Əkinçilik Elmi-Tədqiqat, Heyvandarlıq Elmi-Tədqiqat, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutlarının, Quba və Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri tərəfindən keçirilib. Təlimlərdən 46-sı təsdiqlənmiş qrafik üzrə baş tutub, 5 təlim isə növbədənkənar keçirilib.

Regionlar 2019-06-24 19:00:00